Somalidən Azərbaycana gətirilən ət qurban əti imiş - RƏSMİ

Somalidən Azərbaycana gətirilən ət qurban əti imiş -  Son günlər Azərbaycana müxtəlif ölkələrdən dondurulmuş ət idxal edildiyi ilə bağlı məlumatlar yayılıb.

Həmin ətlərin əsasən Monqolustan və Somalidən idxal edildiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatda qeyd edilir ki, 2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65 % artımdır.

İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib.

Maraqlıdır, doğurdan da ölkəmizə Somalidən dondurulmuş ət idxal edilir?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir:

“Belə ki, 13.10.2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədi ilə ölkəmizə daxil olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...