Bu şəxslər ata-anasının pensiya kapitalından istifadə edə bilər — AÇIQLAMA

Bu şəxslər ata-anasının pensiya kapitalından istifadə edə bilər —  "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vətəndaş pensiya yaşına çatmamışdırsa və bu vaxta qədər ona əlillik təyin edilməyibsə, şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilməz".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.

"Şəxs vəfat etdikdə və ya itkin düşmüş hesab edildikdə, toplanmış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası kimi onun ailə üzvlərinə ödənilir. Bu pensiya on səkkiz yaşınadək olan övladlara, əyani təhsil alanlara isə iyirmi yaşınadək verilir. On səkkiz yaşınadək əlilliyi müəyyən edilmiş və ya on səkkiz yaşından sonra əlilliyi olan övladlar da bu hüquqa malikdir".

O bildirib ki, pensiya yaşına çatmış, orqanizmin funksiyalarının 61-80% və ya 81-100% faizini itirməsinə görə əlilliyi müəyyən edilmiş ata və ana, ər və ya arvad bu pensiyadan yararlana bilər:

"Səkkiz yaşına çatmamış uşaqlara, qardaşlara, bacılara və nəvələrə baxan, işləməyən ailə üzvlərinə də ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...