Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş — FOTOLAR

Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş —  Bakının mərkəzində yerləşən tarixi binanın divarlarına qraffiti çəkərək vandallıq edən şəxslərin kimliyi və ailələri barədə detallar üzə çıxıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəni törədənlər arasında paytaxtın tanınmış təhsil müəssisələrinin şagirdləri və bir əcnəbi tələbə var.

Saxlanılan şəxslər "Landau School"un şagirdləri Münəvvər Bərxudayeva və Layla Muradi, 10 nömrəli məktəbin şagirdi Şəfiqə Qaraşlı və ADA Universitetinin tələbəsi, Belarus vətəndaşı Ardeshir Seyfpour
Saad Abadidir. Məlum olub ki, qrupun üzvü olan Ardeshir Seyfpour həm də qraffiti dizayneridir və sosial şəbəkələrdə öz əl işlərini paylaşır.

Araşdırmalar zamanı gənclərin ailə üzvləri haqqında da məlumatlar dəqiqləşib. Layla Muradinin atası Samir Muradi "Best Events" MMC-nin baş direktoru, Münəvvər Bərxudayevanın atası Taleh Bərxudayev isə "Halliburton Eurasia Limited" şirkətində xidmət operatoru işləyir. Şəfiqə Qaraşlının atası Farid Qaraşov taksi fəaliyyəti ilə məşğul olur. Əcnəbi tələbənin atası Omid Seyfpour Saad Abadi isə "Denizkala" şirkətində menecer vəzifəsində çalışır.

Tarixi abidə hesab olunan binanın fasadına vurulan zərər artıq aradan qaldırılsa da, faktla bağlı açılmış cinayət işi üzrə araşdırmalar davam edir. Paytaxt sakinləri tərəfindən kəskin qınanan bu hərəkət mədəni irsə qarşı hörmətsizlik kimi qiymətləndirilir. (Apa)

Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş —

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...