Su basan ərazilərdəki evlərə dəymiş zərər ödəniləcək? – AÇIQLAMA

Su basan ərazilərdəki evlərə dəymiş zərər ödəniləcək? – Son günlər yağan yağışlar səbəbindən xüsusiən də paytaxt Bakı şəhəri ərazisində yüzlərlə fərdi yaşayış evləri, iaşə obyektləri, ticarət mərkəzləri subasmaya məruz qalıblar. Subasan ərazilər daha çox fərdi yaşayış evlərinin olduğu, çıxarışsız evlərdən ibarət yaşayış massivləridir. Bu evlərin çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar sığortalana bilmir. Bu kimi hallarda da vətəndaşa dəymiş zərər adətən ev sahibləri tərəfindən qarşılanır. Yəni evə dəymiş zərəri ev sahibi özü ödəyir, özü həll edir.

Bu sözləri Tribuna.az-a əmlak məsələləri üzər ekspert Elnur Fərzəliyev deyib. Su basan ərazilərdə vətəndaşlara dəymiş zərərin ödənilməsindən danışan ekspert bildirib ki, fasiləsiz yağan yağışlardan sonra yaranan vəziyyət təbii fəlakt kimi qiymətləndirilsəydi, zərər qarşılanmalı idi:

“Baş verən bu yağışlar rəsmi olaraq təbii fəlakət kimi elan edilsəydi, o zaman vətəndaşlara dəymiş zərər aidiyyəti dövlət qurumları tərəfindən ödənilmli idi. Amma fasiləsiz yağan yağışlarlar təbii fəlakət kimi dəyərləndirilmədi.
Su basan ərazilərin əksətiyyətində yerləşən evlərin çoxu əkinə yararlı olan torpaqlarda inşa edilib. Bir çox ərazilərdə də kanalizasiya xətti kifayət qədər deyil. Elə bu iki səbəb su basmalarına səbəb olub”.

Ekspert bildirib ki, vətəndaş zərərə düşmək istəmirsə, ev alarkən bəzi məqamlara diqqət etməlidir:

“Dəfələrlə bildiririr ki, vətəndaşlar ev alarkən bir neçə əsas məqama diqqət etməlidirlər. Evin sənədinin olması vacib məqamdır. Bələdiyyə sənədi ilə olan evlər alınarkən isə diqqət etmək lazımdır ki, evin tikildiyi ərazidə əvvəllər göl, bataqlıq olub, ya yox. Göllər və bataqlıqlar qurudularaq onların yerində fərdi yaşayış evi tikilib. Bu daha çox Abşeron ırazisində baş verib. Bu gün su altında qalan ərazilərin əksəriyyəti qurudulmuş göl, bataqlıq üzərində tikilən evlərdir. Əvvəllər belə yağıntılar zamanı su axıntıları həmin göllərə axdığı üçün belə subasmalar baş vermirdi. İndi isə su axmağa yer tapmır. Ona görə də əraziləri su basır.
Bu səbəbdən, ev almaq istəyən vətəndaş təkcə qiymətə, evin təmirinə baxmamalıdır. Evin yerləşdiyi yer, o yerdə əvvəllər gölün olub-olmaması, evin çıxarışının olub-olmaması mütləq nəzərə alınmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...