Maştağada 20 gündür yağış suları çəkilmir – VİDEO

Maştağada 20 gündür yağış suları çəkilmir –  Maştağa qəsəbəsində yağış suları 20 gündən artıqdır ki, sakinlər üçün ciddi problemə çevrilib.
Yeniavaz.com-a müraciət edən sakinlər bildiriblər ki, son yağıntılardan sonra yaranan problem uzun müddətdir davam edir və hələ də aradan qaldırılmayıb:
“20 gündən artıqdır su yığılıb qalıb, çəkən yoxdur. Hər yerə müraciət etmişik, amma gəlib baxan olmayıb”.
Sakinlər qeyd edirlər ki, son yağışlardan sonra aidiyyəti qurumlar əraziyə gəlib vəziyyətlə maraqlanmayıb:
“Yaşayış massivində evdən bayıra çıxmaq mümkün deyil. Küçələr su içindədir, hərəkət etmək olmur. Son yağışlardan sonra gəlib baxan olmayıb. Problem olduğu kimi qalır”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...