Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - Tədbir görüldü+Video

Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış -  Hacıqabul rayonu ərazisində yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyi deyilir.

GUNDEMİNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Əldə etdiyimiz məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.\\“Qafqazinfo”




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...