Göl daşdı, evlərin həyətlərinə doldu - Sakinlər çətin vəziyyətdə - VİDEO

Göl daşdı, evlərin həyətlərinə doldu -  Üfunət iyi bir yandan, ağcaqanadlar bir yandan...

Görüntülər Abşeron rayonu Məmmədli kəndindəndir. Ərazidə yaşayan sakinlər nə evlərinə girib-çıxa, nə də rahat yaşaya bilirlər.

Sakinlər deyirlər ki, maklerlər gölün qarşısını kəsdiyi gündən bu yana vəziyyət eynidir. Yağış yağdıqdan sonra isə suyun səviyyəsi daha da artıb və nəticədə evlərin həyətlərinə ziyan dəyib. Hətta bəzi ailələr bu səbəbdən evlərindən köçmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən, sorğumuza cavab olaraq bildirildi ki, Aramsız yağan yağışlar, sakinlərin qeyri-qanuni tullantı sularını gölə axıtması suyun səviyyəsinin artmasına və suların ərazidə pərakəndə salınan yaşayış məntəqələrinə geri axmasına səbəb olub. Subasma halları xüsusilə göl ərazisində plansız şəkildə inşa olunan evlərdə daha çox müşahidə edilib. Sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
15 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...