Rusiya xam neftini ucuz satıb, əvəzində baha benzin alır...

Rusiya xam neftini ucuz satıb, əvəzində baha benzin alır...
Rusiya ildə təxminən 40–45 milyon ton avtomobil benzini istehsal və istehlak edir. Bu, aylıq təxminən 3,3–3,8 milyon ton daxili tələbat deməkdir.
Hazırda rəsmi qaynaqlarda daxili bazarda təxminən 20% və ya aylıq 400 min tonadək çatışmazlıq olduğu etiraf edilir. Lakin yerli medianın iddialarına görə çatışmazlıq azı 40 faizə yaxındır.
İndi Rusiya ilk dəfə olaraq Hindistandan benzin idxal etməyə başlayıb və aylıq 400 min tona qədər idxal nəzərdə tutulub.
Lakin Ukrayna dayanmır.
Bir az əvvəl Ukrayna ordusu Rusiyanın Kstovo şəhərində yerləşən və ölkənin ən böyük neft emalı zavodlarından biri olan "Lukoil-Nijeqorodnefteorqsintez"ə zərbə endirib.
Zavodun layihə üzrə neft emal gücü ildə 17 milyon ton təşkil edir. ölkənin ikinci ən böyük benzin istehsal mərkəzidir. Zavod benzin, dizel yanacağı, aviasiya yanacağı, bitum və digər neft məhsulları istehsal edir.
Rusiyanın illik benzinə olan ehtiyacı 40-45 milyon tondursa, "Lukoil-Nijeqorodnefteorqsintez"-in fəaliyyətini dayandırması ciddi böhrana səbəb olacaq.
Ən əsas məqam odur ki, qarşıdan qış ayları gəlir. Ukraynanın hücumları davam edərsə və Rusiyada neft emalı bu şəkildə zəifləyərsə, bu ruslar üçün fəlakət deməkdir.
Məsələ burasındadır ki, Rusiya sanksiyalar səbəbindən öz xam neftini daha ucuz qiymətə Hindistana satır.
İyun ayında Hindistanın Rusiyadan neft idxalı gündəlik təxminən 2,7 milyon barelə çatıb və bu, Hindistanın ümumi neft idxalının yarıdan çoxunu təşkil edib.
Rusiya onsuz da ucuz qiymətə satdığı xam neftin pulunu çətinliklə ala bilirdi. Bundan sonra isə ucuz satdığı xam neftinin əvəzində Hindistandan baha qiymətə benzin almağa məcbur olacaq.
Rusiya faktiki olaraq neft gəlirlərindən məhrum olmaqla yanaşı, həm də benzin almağa məcbur olur.
Bu prossesin sonunda Rusiyanı ağır bir iqtisadi vəziyyət gözləyir.
Kremldə də bunu anlayırlar. Elə Putinin son etirafları da ondan ibarət idi ki, Rusiyada benzin təminatı belə zəifləyərsə, iqtisadi itkilər milyardlarla dollar həcmində olacaq.
Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...