“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO

“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” -Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

GUNDEMİNFO.com şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. O bildirib ki, üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb.

“17 min manat ödəyib müqavilə bağlamışdım. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlimdə sənədlərimlə qalmışam”.

Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib. “Dedik ki, pulu yarı-yarı verək. Dedilər alınmır, hamsını verməlisiniz. Pulu verdik, indi də yoxdular”, - deyə o əlavə edib.

Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır.

İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Daha ətraflı “Xəzər TV”nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...