Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?

Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu -
"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi şirkətin bank hesabındakı yarım milyon manata yaxın vəsaitə həbs qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti "Conco" QSC-yə qarşı məhkəmədə iddia qaldırıb.

İddiaya əsasən, cavabdeh tərəfdən alınmış beton məhsullarına görə yaranmış 465 992,03 manat borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 756 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

Bildirilir ki, qarşı tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, müqavilənin şərtlərinə əsasən sifarişçi elektron qaimə-fakturanın təqdim olunduğu tarixdən etibarən 30 gün ərzində malın dəyərini təchizatçıya ödəməyib.

Məhkəmənin qərarına əsasən, cavabdeh "Conco" QSC-yə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə əsas borc tələbi həcmində – 465 992,03 manat məbləğində həbs qoyulub. Həbs əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə şamil edilmir.

Qərardadın dərhal icra olunması tapşırılıb.

Qeyd edək ki, "Conco" QSC 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Belə ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı keçirdiyi təxminən 18 milyon manatlıq tenderin qalibi olub.

Bundan əvvəl, 2022-ci ildə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə səkkiz yaşayış binasının tikintisi ilə bağlı keçirdiyi 15 milyon manatlıq tenderin də qalibi seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...