Sabirabadda 6 kəndin yol iztirabı - VİDEO

Sabirabadda 6 kəndin yol iztirabı -
"Gundeminfo" Kanal13-ə istinadən xəbər verir ki, Sabirabad rayon Narlıq kəndinin bir qrup sakinləri 15 ildir ki yollarının bərbad olduğunu bildirirlər.

Sözü gedən kənddə yaşayan şəhid Qoşqar Əliyevin qardaşı Haqverdi Əliyev deyir ki, COP29-a ev sahibliyi edən ölkənin hansısa bir kəndinin yolunun bucür bərbad vəziyyətdə olması utancvericidir.

Vətəndaş Sabirabad rayonunun Narlıq kəndi ilə yanaşı digər Əlicanlı, Yolçubəyli, Türkəndi kəndinin də yollarının bu vəziyyətdə olduğunu deyir.

Şikayətçilər dəfələrlə problemlə bağlı Azəryolun sədri Saleh Məmmədova müraciət etdiklərini, lakin nəticəsimin olmadığını qeyd edirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...