"Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub

Mükafatlandırma mərasimində çıxış edən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov bildirib ki, bu mükafat "Araz"ın müştərilərinə göstərdiyi keyfiyyətli xidmətin, etibarlılığın və innovativ yanaşmanın nəticəsidir: "Araz" Azərbaycanın pərakəndə ticarət sahəsində mühüm rol oynayan, ölkəmizin iqtisadiyyatına, məşğulluğun təmin edilməsinə töhfə verən böyük şirkətlərdən biridir. Şirkətimizin Azərbaycan istehlakçısına keyfiyyətli qida və qeyri-qida məhsullarını münasib qiymətlərlə təqdim edir.”.
Qeyd edək ki, 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olan brendlər 2025-ci ilin sonunda baş tutacaq “Brand Award International” beynəlxalq yekun müsabiqəsində iştirak etmək imkanı qazanır.
101 dəfə oxundu