“Global Media Group” kiberhücuma məruz qalıb – FOTO

“Global Media Group” kiberhücuma məruz qalıb –
"Global Media Group" MMC-yə məxsus mətbuat orqanlarının saytları kiberhücuma məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, hazırda istifadəçilər “Report” İnformasiya Agentliyinin saytına (report.az), eləcə də oxu.az, caliber.az və baku.tv-yə daxil olarkən problem yaşayırlar.

Əvvəlcə sözügedən saytlara daxil olarkən ekranda özlərini “Azərbaycan İslam Müqavimət Hərakatı” adlandıran təşkilatın emblemi görünüb, indi isə sadəcə müəyyən xətanın olduğu bildirilir.

Qeyd edək ki, azpolitika.info xəbər saytına da daxil olmaq hazırda mümkün deyil. Mətbuat orqanının redaktoru kiberhücuma məruz qaldıqlarını bildirib.


“Global Media Group” kiberhücuma məruz qalıb –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...