Bu qışın ən uzunmüddətli soyuq dövrü gəlir

Bu qışın ən uzunmüddətli soyuq dövrü gəlir
Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2°-dək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0°-dən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Gundem.info.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq. Bu müddət ərzində havanın temperaturunun 0-3° şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır.
Nazirlik rəsmisi Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...