Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı
Bakıda üç məktəb direktoru işdən azad olunub.
Gundeminfo.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Məlumatda qeyd olunub ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.
Xatırladaq ki, bir neçə gün öncə də fəaliyyətində yol verdiyi nöqsanlara görə bir neçə direktor cəzalandırılmışdı. 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli və 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva işdən azad olunub.
47 dəfə oxundu