Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Film kimi dələduzluq:

Özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək dünyasını dəyişmiş Qarabağ qazisinin xanımına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə oluan Eynur adlı şəxs verilmiş ittiham üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbslə əvəzlənib və məhkəmə zalında qandallanıb.

Eynur dələduzluq etdiyi şəxsə bildirib ki, mərhum həyat yoldaşı Qarabağ qazisi olduğu üçün ona avtomobil və 2 otaqlı mənzil verilməsinə kömək edə bilər. Bunun müqabilində vətəndaşdan hissə-hissə ümumilikdə 9000 manat pul alıb.

O, niyyətini həyata keçirmək üçün Gəncə şəhərində kirayə ev tutaraq zəzrçəkmişi ora aparıb. Guya bu ev onlara dövlət tərəfindən verilib. Eynur evdə təmir getdiyini deyərək açarı zərərçəkmişə verməyib.

Az sonra Eynur tərəfindən aldadıldığını başa düşən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Eynur məhkəmədə özünü qismən təqsirli bilib. Həmçinin qeyd edib ki, vərəm xəstəsi olduğundan pulları müalicəsinə xərcləyib. O, dəymiş zərərdən yalnız 1800 manatı zərərçəkmişə qaytarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...