"Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin" - FOTO

"Google"dan ciddi xəbərdarlıq:
"Google" təxminən 2 milyard Gmail istifadəçisini xəbərdar edib.

Gundeminfo.az Milli.Az-a istinadən xəbər verir ki, şirkət "[email protected]" ünvanından göndərilən saxta e-poçtların təhlükə yaratdığını bildirib və istifadəçilərə bu mesajları açmadan dərhal silməyi tövsiyə edib.

Yeni fırıldaq üsulu - "Cavabsız" e-poçt hücumu - istifadəçilərə guya "Google" təhlükəsizlik bölməsindən göndərilən rəsmi mesaj təəssüratı yaradır. Bu e-poçtlarda bildirilir ki, istifadəçi hüquqi proses səbəbilə hesabındakı bütün məlumatları paylaşmalıdır və bu məqsədlə saxta "Google" dəstək səhifəsinə keçid verilir.

"Google" rəsmiləri bu e-poçtların tamamilə saxta olduğunu və fırıldaqçıların şəxsi məlumatlara çıxış əldə etmək məqsədilə göndərildiyini bildiriblər.

Hücum istifadəçilərin saxta keçidlərə klikləməsi və əlavə faylları yükləməsi ilə başlayır. Bu zaman fırıldaqçılar istifadəçinin Gmail hesabına, fayllarına və hətta cihazına məhdud giriş əldə edə bilirlər. Zərərli proqram təminatı vasitəsilə parollar, bank məlumatları və digər şəxsi məlumatlar ələ keçirilə bilər.

Nə etməli?

Şübhəli e-poçtları açmadan dərhal silin

Heç bir linkə klikləməyin

Hesabınızda qeyri-adi fəaliyyət hiss etdikdə təhlükəsizlik parametrlərini yoxlayın, parolunuzu dəyişin

İki addımlı doğrulama funksiyasını aktiv edin



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...