İcra başçısının oğlu aparat rəhbəri oldu

İcra başçısının oğlu aparat rəhbəri oldu Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Gundem.info.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.

Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...