Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

Pensiya və müavinətlər bu qədər  2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əməkhaqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əməkhaqqının artımına uyğun olaraq təxminən 9.2 % indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq.

Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əməkhaqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9.1 % artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir.

Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...