Macarıstanda nə dəyişdi, nə dəyişəcək? GÜNDƏM

Seçkilər başa çatdı və Macarıstanda Viktor Orban seçkilərdə məğlub oldu. 16 illik iqtidarından sonra ona elə öz dostu Peter Magyar qalib gəldi. Lakin Orban təmamilə məğlub olmadı.
Fidesz – Macarıstan Vətəndaş İttifaqı Viktor Orbanın əsas partiyası olaraq (çox vaxt Xristian Demokratlarla birlikdə Fidesz–KDNP koalisiyası kimi çıxış edir) son nəticələrə görə səslərin 38 faizin iqazandı.
Orbanın əsas rəqibi Tisza Partiyası isə səslərin 52 faizini qazandı.
Nəticə etibarilə Tisza Partiyası parlamentdə çoxluq, hətta konstitusion çoxluq əldə etdi.
İndi Azərbaycanda da hər kəsi düşündürən bir sual var - bundan sonra Rusiyanın dostu, Ukraynaya yardımları bloklayan, məhkəmə-hüquq sistemindəki korrupsiyalaşmaya görə az qala hər gün cərimə olunan, azı 40 milyard yardımdan məhrum edilən Macarıstan bundan sonra hansı siyasi krusla idarə ediləcək?
Türk Dövlətləri Təşkilatında aktiv iştirak edən, Azərbaycan da daxil olmaqla Türk Dövlətləri ilə sız diplomatik təmaslarda olan Orban iqtidarı başa çatdı. Bundan sonra Peter Magyar eyni siyasi xətti yürüdə biləcəkmi?
Təbii ki, uzun illər dost olmuş, oxşar sağ-mərkəzçi ideyaları olan Orbanla Magyarın ciddi mahiyyət fərqi yoxdur.
1. Macarıstanın Macarıstanın problemi: AB tərəfindən təxminən 20–30 mlrd. avro (bəzən daha yüksək rəqəmlər də deyilir) dondurulub.
Səbəb qeyd etdiyimiz kimi hüququn aliliyi, məhkəmə müstəqilliyi, korrupsiya problemləridir. Əgər Magyar məhkəmə islahatları edərsə, korrupsiya ilə mübarizə apararsa, AB ilə konfrontasiyanı azaldarsa o zaman hesablar açılar.
Amma indidən iddia etmək olmaz ki, bu dərhal baş verəcək. Çünki AB konkret islahatlar tələb edir.
Rusiya ilə münasibətlər də kəskin dəyişməyə bilər. Çünki Magyar
daha çox pro-Avropa ritorikası ilə seçki kampaniyası aparırdı. Buna baxmayaraq onun siyasi xətti tam anti-Rusiya xətti deyil.
Görünən odur ki, AB ilə münasibətlərdə tam veto siyasəti davam etməyə bilər. Amma Macarıstan yenə “problemli tərəfdaş” olaraq qala bilər. Yəni, Magyar Orbandan daha yumşaq, amma tam Qərbçi olmayacaq.
Magyarla Orbanın siyasi xəttində fərqlər də çox deyil.
Orban xətti - milli konservatizm, anti-miqrasiya, AB ilə konflikt və Rusiya ilə balans üzərində qurulmuşdu.
Magyarın siyasi xətti də eyni ideoloji baza (sağ-mərkəz, konservativ) üzərində qurulub. Amma daha praqmatik, daha az konfliktli və
daha çox AB ilə əməkdaşlıq yönlü istiqamət kimi görünür.
Nəticə etibarilə Magyarın siyasi xətti Orbanın siyasi xəttindən kəskin fərqlənməyəcək. Amma üslub və ton dəyişəcək.
Beləliklə ilkin ehtimallar belədir ki, AB bloklanmış hesabları açacaq lakin real islahatlar həyata keçirilərsə.
Macarıstanın Ukraynaya yardımlara veto qoyması azalsa da tam ortadan qalxmayacaq. Macarısatana qarşı cərimələr yumşaldıla bilər. Magyarın iqtidarı dövründə siyasət Orbandan kasmetik olaraq fərqlənəcək. Amma eyni xəttin içində qalacaq.
Yəni ki, nə Azərbaycanla, nəd Türkiyə və Türk Dövlətləri ilə əvvəlki siyasi xətt dəyişməyəcək. Bir qədər şəkil dəyişdirə bilər. Rusiya ilə də ucuz neft toicarəti davam edəcək. Macarıstanda sənayeləşmənin inkişafı bir qədər də sürətlənəcək.
Razi Abasbəyli
iqtisadçı-ekspert
14 dəfə oxundu










