Qaradağda TİKİNTİ XAOSU VİDEO

Qaradağda TİKİNTİ XAOSU Qaradağ rayonu ərazisində, xüsusilə Lökbatan ərazisində qanunsuz olduğu iddia edilən tikinti işlərinin sayının artdığı bildirilir.

XALQ bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxmayaraq, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Daxil olan növbəti məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində Müsəvi küçəsində yerləşən ikimərtəbəli pbyektə əlavə mansar mərtəbəsinin inşa edildiyi iddia olunur.

Bildirilir ki, sözügedən bina tanınmış iş adamına məxsusdur və həyata keçirilən tikinti işləri üçün rəsmi icazə sənədləri mövcud deyil. İddialara görə Qaradağ rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi ilə razılaşma əsasında aparıldığı bildirilir.

İddialarla bağlı rayon icra hakimiyyətinə ünvanlanan sorğular cavabsız qalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də məsələ ilə bağlı hələlik hər hansı rəsmi mövqe açıqlanmayıb.

Qeyd edək ki, son dövrlər Qaradağ rayonu ərazisində, xüsusilə Lökbatan ərazisində qanunszu tikintilərini sayı artmaqdadır . Həmçininbəzi tikintilərdə layihədənkənar dəyişikliklərlə bağlı iddialar intensivləşib. Mütəxəssislər bu cür halların həm şəhərsalma normalarının pozulmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola biləcəyini vurğulayırlar.

Məsələ ilə aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq

VİDEO BURADA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...