Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…Bu günlərdə tanınmış tibb işçisi Faiq Məmmədli Maliyyə nazirliyi tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində aparılmış yoxlamalarla bağlı mediada ilginc faktları ictimailəşdirib.

Faiq Məmmədlinin mediada yayılan açıqlamalarından bəzi məqamları diqqətinizə çatdırırıq.

“Əməkhaqqı və ödənişdəki nöqsanlar,”ölü canlar”ən böyük maliyyə kəsiri yaradıb.”Ölü canlar”faktiki olaraq işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına əməkhaqqı yazılmasıdır.İşə gəlməyən sənəd üzərində sürücü, sanitar və ya köməkçi heyət kimi şəxslərin adına bank kartı açılmış və əməkhaqqı mənimsənilmişdir.”

“…personalın geyim forması satınalma tenderlərində “qalib”gələn şirkət vasitəsilə keyfiyyətsiz və real dəyəri aşağı olan formalar dəfələrlə yüksək qiymətə rəsmiləşdirilib.”

“Ən çox “Ölü canlar”faktı məhz sürücü və avtomobillərə texniki qulluq edənlər arasında olub, yoxlamaların ən diqqət çəkən məqamı faktiki işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına bank kartı açılması, pulların konkret olaraq rəhbər işçilər tərəfindən nağdlaşdırılması iddia olunur (araşdırma aparılır).”

Bunlar tanınmış tibb işçisinin açıqlamalarından götürdüyümüz bəzi kiçik məqamlardır və göründüyü kimi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çox ciddi nöqsanlar aşkarlanıb.

Xatırladaq ki, “aktualinfo” ötən ilin nöyabr ayında və 2024-cü ildə sözügedən Mərkəz tərəfindən təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderlərdə milyonlarla manat dövlət vəsitinin xərcləndiyini açıqlamışdı və bu satınalmaların aidiyyatı qurumlar tərəfindən yoxlanılmasına ehtiyac olduğunu yazmışdı.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin son bir il ərzində yalnız ehtiyat hissələrinin satın alınması ilə əlaqədar keçirdiyi tenderlər aşağıdakılardır.

“Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün və “ARMAS” və “ZER” sayrışan işıq sisteminin ehtiyat hissələrinin satınalınması üzrə 12.02.2026-cı ildə “BEST VALVES” MMC ilə 594.106,4 manat məbləğində müqavilə bağlayıb.

“Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra” avtomaşınların təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 12.02.2026-cı ildə “İMPORT SUPPLY COMPANY” MMC ilə 675.861,5 manat məbləğində müqavilə bağlayıb.

” Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması üzrə 08.01.2026-cı ildə “AZ BATTERY” MMC ilə 617.170,68 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 19.11.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 600.646 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 19.11.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 960.096,65 manat məbləğində müqavilə bağlayıb.

“Ford Transit”və “Volkswagen Crafter” markalı təcili yardım avtomaşınların təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə 17.11.2025-ci ildə “CASPİAN EXPERT GROUP” MMC ilə 268.068 manat məbləğində müqavilə bağlayıb.

Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması üzrə 17.11.2025-ci ildə “AZ BATTERY” MMC ilə 489.818 manat məbləğində müqavilə bağlayıb.

“Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə 25.07.2025-ci ildə “İMPORT SUPPLY COMPANY” MMC ilə 847.005,18 manat məbləğində müqavilə bağlayıb.

“”Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün və “ARMAS” və “ZER” sayrışan işıq sisteminin ehtiyat hissələrinin satınalınması üzrə 16.01.2025-ci ildə “BEST VALVES” MMC ilə 365.009,4 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satınalınması üzrə 16.01.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 584.820,94 manat məbləğində müqavilə bağlayıb.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2025-ci ilin yanvarından 2026-cı ilin fefralına qədər yalnız ehtiyat hissələrinin satınalınması üzrə ümumi dəyəri 6 002 599 manat olan 10 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, tanınmış tibb işçisi Faiq Məmmədlinin açıqlamalarında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhərində 140, regionlarda isə 270 briqada olduğu bildirilir. Amma Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansındakı təcili yardım avtomobillərinin sayı dəqiq məlum deyil. 16.03.2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sabiq sədri yeni avtomobilləri Prezidentə təqdim edərkən bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Ötən yazımızda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, TƏBİB sözügedən avtomobilləri təbii ki, zəmanətlə alıb. Rəsmi distribüter və dilerlərin özlərinin zəmanət şərtləri olur. Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn, 3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət müddəti bitmiş hesab olunur. Maraqlıdır, TƏBİB təcili tibbi yardım avtomobillərini neçə illik zəmanətlə və hansı şərtlərlə alıb?

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. O, 2023-cü ilin oktyabrın 6-da TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun əmri ilə təyin edilib.

Xatırladaq ki, bu təyinatda bir neçə gün əvvəl “103” xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.

Göründüyü kimi TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Mirələm Cəlalovu birləşdirilmiş üç qurumun rəhbəri təyin edib. Həmin vaxt yeni yaradılmış bu Mərkəzin rəhbəri olmaq üçün çoxları can atıb. Çünki səhiyyə sistemində çalışanlar təcili tibbi yardım sahəsində dövr edən pullardan xəbərdar olublar. Çoxlarının bu vəzifəyə can atmasına baxmayaraq Vüqar Qurbanov nədənsə Mirələm Cəlalova üstünlük verib. Mirələm Cəlalovun Mərkəzə hansı formada rəhbərlik etdiyi də Maliyyə nazirliyi tərəfindən aparılmış yoxlamadan görsənir.

Aktualinfo.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...