Yusif Yusifli “Nihat” MMC-nin pulunu vermir - ilginc iddialar

Yusif Yusifli “Nihat” MMC-nin pulunu vermir - “Nihat” MMC -nin rəhbəri Nəsimi Şirinoğlunun Xocavənd rayonunun Quzumkənd kəndində tikinti və bərpa işləri zamanı üzləşdiyi problemlə bağlı mediada məlumat yayılıb. Məlumatlarda şikayətçi şirkət rəhbəri 30-40 nəfərlik heyyətlə Yusif Yusiflinin rəhbəri olduğu “Bəyaz inşaat” MMC ilə müqavilə bağlayan zaman aldanıldığını, 29 min manat pulunun mənimsənildiyini iddia edir.

Vətəndaşın sözlərinə görə şirkət olaraq öhdələrinə düşən işi təhvil vermək üçün lazım olan aksesualrları 3 aydan çox müddətdir ki,”Bəyaz inşaat”dan ala bilmirlər və bu da narazılığa səbəb olub. Ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edən vətəndaş haqqı olanı almaq üçün kömək istəyir.

Qeyd edək ki, aktualinfo bir müddət əvvəl “Bəyaz inşaat” MMC-nin fəaliyyəti ilə bağlı geniş məqalə yaymışdı. Xatırladaq ki, “Nihat” MMC -nin rəhbəri Nəsimi Şirinoğlunun qeyd etdiyi Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev – 6732 m2) təmir işlərinin satın alınması üzrə “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi birmədən satınalma metodu tətbiq etməklə 13.11.2025-ci ildə “BƏYAZ İNŞAAT” MMC ilə 2.355.267,37 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, “Nihat” MMC -nin rəhbəri Nəsimi Şirinoğlunun açıqlamalarından da göründüyü kimi “Bəyaz inşaat” MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi olmayıb. Ona görə da “Nihat” MMC ilə subpodrat müqaviləsi bağlamağa məcbur olub.

Sual yaranır. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmət uyğunluq göstəricilərinə cavab verməyən, kifayət qədər işçi qüvvəsi olmayan bu şirkətlə hansı əsaslarla müqavilə bağlayıb? Bu satınalmaya bir nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hansı əsaslarla icazə verib?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT” (VÖEN: 2001329971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.10.2008-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2318708 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisi kimi isə Yusifli Yusif Eldar oğlu qeyd olunub.

Xatırladaq ki, MMC-nin qanuni təmsilçisi Yusif Eldar oğlu Yusiflinin adı bir çox şübhəli satınalmalarda hallanır. O, daha əvvəllər “Enerji Constraction”MMC-nin təsisçisi olub. Qeyd edək ki, Yusif Yusifli 2023-cü ildə “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında həmçinin “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İndi görəsən, Azərişıq” ASC-nin rəsmiləri ilə razılığa gəlib tender udan, qeyri leqal sifarişləri həyata keçirmiş sahibkar yuxarıda adları çəkilən dövlət qurumlarının rəhbər şəxsləri ilə hansı şərtlərlə razılığa gələrək üç ay ərzində 6 milyon manatan yaxın dəyəri olan tenderləri bir mənbədən satınalma metodu ilə əldə edə bilmişdir.

İndi kim zəmanət verə bilər ki, Yusif Yusifli “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri ilə əvvəlcədən görüşüb, razılaşdıqdan sonra bu tenderlərdən qalib çıxmayıb?

Göründüyü kimi Yusif Yusifli istər “Enerji Construction” QSC-nin, istərsə də “Bəyaz inşaat” MMC-nin qanuni təmsilçisi kimi daim qalmaqal yaratmaqdadır. 2023-cü ilin sonlarında Yusif Yusifli iddia edirdi ki, “Azərişıq” ASC gördüyü işlərin müqabilində 5 milyon manatını vermir. İndi isə “Bəyaz inşaat” MMC-nin qanuni təmsilçisi kimi “Nihat” MMC -nin rəhbəri Nəsimi Şirinoğlunun haqqını ödəmir.

Qeyd edək ki, Yusif Yusiflinin adı artıq iki ildən çoxdur ki, bir sıra şübhəli satınalmalarda hallanır. Buna baxmayaraq belə bir qalmaqallı şəxsə isə satınalmalarda daim şərait yaradılır.

Aktualinfo.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...