Cəlilabadda "30 Min" Sirri – Kim Nəyi Gizlədir?
Bütün bunlar isə bir sıra ciddi suallar doğurur.
Əgər həmin məktəblərdə doğrudan da ciddi qanun və maliyyə pozuntuları mövcud idisə, bu faktlar niyə məhz tərəflər arasında narazılıq yarandıqdan sonra araşdırılmağa başlanılıb? Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? Əgər xəbərdar idisə, niyə vaxtında tədbir görülməyib? Yox əgər xəbərsiz idisə, onda qısa müddətdə məhz hansı əsaslarla həmin məktəblər seçilərək yoxlanılıb?
Rayonda səsləndirilən başqa bir iddia isə vəziyyəti daha da müəmmalı göstərir. Belə ki, sakinlər arasında guya "30 min" məbləği ilə bağlı müxtəlif söhbətlərin dolaşdığı bildirilir. Bu söhbətlərin nədən qaynaqlandığı, hansı hadisə ilə əlaqəli olduğu və ümumiyyətlə həqiqəti əks etdirib-etdirmədiyi barədə isə rəsmi açıqlama yoxdur. Məhz buna görə də cəmiyyətin maraqlandığı bu məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi xüsusi əhəmiyyət daşıyır.Bütün bu iddialar həqiqətə uyğun deyilsə, aidiyyəti qurumlar ictimaiyyət qarşısında aydın və əsaslandırılmış izahat verməlidirlər.
Qeyd edək ki, bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş iddialara əsaslanır.Redaksiya Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
16 dəfə oxundu











