"Dental H.F." klinikası 6 min manat cərimələndi

"Dental H.F." klinikası 6 min manat cərimələndiXətai rayonu, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında yerləşən "Dental H.F.” stomatoloji klinikası inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Dental H.F.” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (sertifikasiyadan keçməyən tibb və əczaçılıq işçilərinin praktik fəaliyyətə buraxılması) ilə inzibati xəta haqqında protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı sertifikasiyadan keçməyən bir neçə şəxsin stomatoloji praktik fəaliyyətə buraxıldığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Dental H.F.” MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6 000 manat məbləğində inzibati cərimə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...