“On ədəd sifariş aparmalıyıq ki, bir cərimənin pulun çıxardaq” - VİDEO

“On ədəd sifariş aparmalıyıq ki, bir cərimənin pulun çıxardaq” -  Kurylerlərin sifariş götürmək üçün getdikləri obyektlərin qarşısında ya avtobus zolağı, ya da taksi duracağı var. “Azparking”də isə adətən avtomobillər saxlayır. Ona görə də kuryerlər sifariş götürmək üçün bir neçə dəqqiqəlik motosikleti saxlaya biləcəkləri dayanma- durma yerləri ilə təmin olunmaqlarını istəyirlər.

Xezerxeber.az-ın məlumatına görə, 3 ildir kuryer fəaliyyəti ilə məşğul olan Yunis Rəhimov deyir ki, şəhərin bir çox küçələrində kuryerlər motosiklet saxlayıb sifariş qəbul edə bilmirlər.

Kuryerlər bir çox restoranların yerləşdiyi küçədə motosikletləri müvəqqəti saxlayıb sifariş götürmək üçün mümkün variantın olmadığını deyirlər. Ona görə də onlar sifariş götürmək üçün motosikleti bir neçə dəqiqəlik saxlaya biləcəkləri dayanma-durma yerləri ilə təmin olunmalarını istəyirlər.

Kuryerlər deyirlər ki, obyektlərin qarşısında saxlayan avtomobillərdən onlara yer qalmır. Həm də belə yer tapmaq üçün həddindən artıq çox zaman lazım olur. Bəzi hallarda onlardan motosikletin avtomobil kimi saxlanması tələb olunur. Əks təqdirdə isə cərimə olunduqlarını deyirlər.

Məsələ ilə əlaqədar Yerüstü Nəqliyytat Agentliyinə müraciət etdik, lakin mövqe öyrənə bilmədik.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...