XXI əsrdə inanılmaz addım: Ukrayna Krımı bu addıma vadar etdi

XXI əsrdə inanılmaz addım: İşğal altındakı Krımda mobil rabitədə yaranan problemlər səbəbindən köhnə rabitə vasitələrinin yenidən istifadəsinə başlanılıb.

Musavat.com xəbər verir ki, işğal altındakı Yevpatoriyanın administrasiyası mobil şəbəkələrin işində yaranan fasilələr səbəbindən şəhərdə taksofonların yenidən quraşdırıldığını açıqlayıb.

Bildirilib ki, stasionar telefonlar mobil rabitənin kəsildiyi hallarda sakinlərin əlaqə saxlaması üçün istifadə olunacaq.

Məlumata görə, analoji taksofonlar artıq Canköydə də quraşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...