Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdirinə cinayət işi açıldı - FOTO

Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdirinə cinayət işi açıldı - Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, Qənbərli Şaiq Akif oğlu aralarında ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb və həmin videonu onun yaxın ətrafına göndərib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri ilə videonu gizlicə çəkənin Şaiq Qənbərli olduğu müəyyən olunub və o istintaqa cəlb edilib.

Qeyd edək ki, Şaiq Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib.

Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdirinə cinayət işi açıldı -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...