“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ - Möhnətov yığdığı pulları vergidın yayındırır

AzFakt.com xəbər verir ki, dövlət büdcəsindən külli-miqdarda vəsait yayındıran biznes subyektlərindən biri də Xırdalan dairəsinin yaxınlığında fəaliyyət göstərən "Evrohome" İnşaat Malları bazarıdır.
"Evrohome" bazarında bəzi adlar altında mağaza icarədarlarından yığılan vəsaitlər qanuniləşdirilmir.
Belə ki, bazar rəhbərliyi tərəfindən mağaza icarədarlarından hər ay yığılan "kommunal vergi" bütünlüklə dövlət vergisindən yayındırılır.
Bazar rəhbərliyi tərəfindən mağazalara sahələrinə görə müəyyənləşdirilən kommunal vergilər ortalama 50-70 manat civarındadır.
"Evrohome" bazarında hazırda təxminən irili-xırdalı 240 mağaza var.
Hər ay bazarın mühasibatlığının işçiləri tərəfindən mağaza icarədarlarından zorla toplanan bu vəsaitlərin ümümu məbləği 10-15 min manat arasındadır.
Mağaza icarədarlarından kommunal vergi adı altında hər ay alınan pullar üçün heç bir qəbz verilmir.
Bazarda rəhbərlik tərəfindən "kommunal vergi"nin hansı kriteriyalara görə hesablandığı isə məlum deyil.
Qeyd edək ki, "Evrohome" bazarı m.şhur iş adamı Azay Möhnətova məxsusdur.
Azay Möhnətovun "Evrohome" adı altında Bakının Dərnəgül və "28 may" ərazisində daha iki bazarı var.
Xatırladaq ki, 50 min manatdan yuxarı məbləğdə vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlinə görə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
106 dəfə oxundu