Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” – DETALLAR/FOTOLAR

Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –Dövlət vəsaiti yeni rəfiqələrin tapılması üçün bir vasitəyə çevrilib və Aygün Əliyeva bundan məharətlə istifadə edir

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı araşdırmalarımız davam edir. Diqqətli oxucularımıza da məlum olduğu kimi, bu sektorla bağlı ardıcıl yazılarımız var və davam da edəcək…Səbəb sadə və bəsitdir: Dövləti və milli maraqlar baxımından bu mövzu AKTUALDIR!

Redaksiyamıza bu istiqamətdə daxil olan məlumatlar konkret faktlarla zənginliyi ilə diqqət çəkir…

Məmur xanımlarına qayğılar seriyasından…

Araşdırmalarımızla daha bir məlumat əldə etmişik. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vəzifəsinə başladıqdan sonra nəinki deputatlara, ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxslərinin həyat yoldaşlarına xüsusi diqqət göstərərək, onların bəzilərinə QHT yaratmaqda, bəzilərinə qrant almaqda canı-könüldən dəstək verib.

Belə ki, verilən məlumata görə, Prezidentin sabiq Mətbuat katibi Azər Qasımovun da həyat yoldaşının rəhbərlik etdiyi QHT-yə küllü miqdarda qrantlar verib. Aytən Qasımovanın rəhbərlik etdiyi QHT “Mədəni İnkişafa Dəstək” İctimai Birliyi adlanıb.


Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Azər Qasımov

Amma Aygün xanımın səxavəti Azər Qasımov vəzifədən azad olunana kimi davam edib. Sonuncu qrant müsabiqəsində Aytən Qasımova qrant ala bilməyib. Buna deyirlər, “bağda ərik var idi, salam-əleyk var idi”…

Qeyd edək ki, Aytən Qasımova QHT rəhbəri olmaqla yanaşı, 20 il “Azərtac”-da işləyib. Həyat yoldaşı vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxıb.

Daha bir diqqətçəkici faktor odur ki, Aygün Əliyeva yüksək vəzifəli şəxslərə yaxınlıq etmək, onlar vasitəsilə daha çox nüfuz qazanmaq üçün təkcə qrant verməklə işini bitmiş saymır.

Həmin QHT-ləri digərlərindən fərqləndirərək, onların tədbirlərində “canla-başla” iştirak edir, yüksək vəzifəlilərin xanımları ilə birgə görsənmək istəyi. Məsələ ondadır ki, həmin QHT-lər tutarlı bir iş də görmürlər. Fotolardan da izləyə bilərsiniz ki, Aytən Qasımovanın tədbirinin mahiyyəti bir kənara qalıb, daha çox tort kəsmək, xanımların bir-biri ilə foto çəkdirməsi və s. məsələlərdən ibarətdir. Hazırda digərləri ilə də Aygün xanım ənənəsini davam etdirir. Qeyd etdiyimiz kimi, bu “səxavət” şəxs vəzifədə olana kimidir…

Gördüyünüz kimi, dövlət vəsaiti yeni rəfiqələrin tapılması üçün bir vasitəyə çevrilib və Aygün Əliyeva bundan məharətlə istifadə edə bilib.

Yaxın günlərdə Aygün Əliyevanın hazırki və eks deputatlara, icra başçılarının müavini olan rəfiqələrinə, ayrı-ayrı məmurların ailə üzvlərinə hansı qrantları verməsi barədə də araşdırmlarımızı tirajlamağa çalışacağıq.

Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə bağlı bir müddət əvvəl mediada yayılmış və çox keçmədən də bütün saytlardan silinmiş məlumata da aydınlıq gətirməyə çalışacağıq. “Sea Breeze” İstirahət Mərkəzində də sərxoş vəziyyətdə dava-dalaş salarkən, yol polisi ilə qarşıdurmada hansı vəzifəli xanımla birlikdə olub?! Və s. /yenixeber.org

Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...