“Şərur bazarı”nın rəhbəri Qasım Məmmədovdan ŞİKAYƏT: "3 ildir mənə dəyən zərəri ödəmir" (VİDEO)
Sitat.info-ya danışan sahibkar 22 noyabr 2023-cü ildə "Şərur bazarı"nda baş verən güclü yanğın nəticəsində mağazasındakı bütün avadanlıqların sıradan çıxdığını, lakin üzərindən 3 il keçməsinə baxmayaraq bazar rəhbərliyi tərəfindən ona dəyən zərərin ödənilmədiyini bildirib.
Belə ki, hadisə zamanı Samur Məmmədovun icarə götürdüyü obyektdə olan dərzi avadanlıqlarının hamısı yanaraq sıradan çıxıb. Yanğından sonra bazar ikimərtəbəli bina kimi inşa olunaraq, sahibkarlara təkrar icarəyə verilib. Lakin Samur Məmmədovun adı sahibkarlar siyahısından çıxarılıb, ona işləməyə şərait yaradılmayıb.
Samur Məmmədov deyir ki, yanğından sonra bazar rəhbəri Qasım Məmmədovun oğlu Emin Məmmədov dəymiş zərəri ödəyəcəkləri və yerlə təmin edəcəkləri barədə vəd versə də, sonradan boyun qaçırıblar.
Zərərçəkən sahibkar dəfələrlə problemi bazar rəhbərliyinə bildirsə də, müsbət əticə əldə etməyib, üstəlik Qasım Məmmədov tərəfindən hədələnib. Dəymiş zərər təxminən 3000 manat civarındadır.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Prokurorluğu işə baxıb və 1900 manat məbləğində maddi ziyan dəydiyini müəyyən edib. Lakin Samur Məmmədov bu məbləğlə razılaşmayıb, kompensasiyadan imtina edib.
Sahibkar aidiyyatı qurumlara səslənərək, işə baxılmasını xahiş edib. O, bununla bağlı video çəkərək Sitat.info-ya göndərib.
Həmin videomüraciəti təqdim edirik:
3 dəfə oxundu











