Qarabağ Təhsilində Yeni “Plan”: Şagirdlərə Sirk Bileti Satdırılır?-FOTOLAR

Qarabağ Təhsilində Yeni “Plan”:  Elə buna görə də son vaxtlar problemlərim və məşğuliyyətim artdığından, uzun müddətdir ki, Emin Əmirullayev rəhbərlik etdiyi təhsil sahəsində baş verənlərdən xəbərsiz qalmışdım. Dünən isə təsadüfən öyrəndim ki, Qarabağ Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdiri Sənan Mənsimli təhsildən daha çox “kassirlik” fəaliyyəti ilə məşğuldur.
Məsələ burasındadır ki, məktəblərə şagird sayına uyğun şəkildə, qiyməti 12 manat olan 30 - dan 100 - ə qədər sirk bileti göndərilib və ibtidai sinif şagirdlərinə həmin biletlərin satılması tələb olunub. Üstəlik, valideynlərin də uşaqlarla birlikdə gəlməsi tövsiyə edilir. Bu isə o deməkdir ki, ailələr əlavə olaraq daha bir bilet almağa məcbur qalırlar.Mediatvaz.com xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Xəyyam Salamzadə ictimailəşdirib.O daha sonra bildirir:
Şəxsən bir valideyn kimi övladlarımın gündəlik çörəyini təmin etməkdə çətinlik çəkdiyim halda, bu cür məcburi ödənişlərin insanlara necə ağır yük olduğunu yaxşı anlayıram. Təsəvvür edin ki, sınaq imtahanlarında 700 bal toplayan övladım iki ay məktəbə yararsız ayaqqabı ilə getməli olub. İndi mənim vəziyyətimdə olan digər valideynləri düşünün - hansı əziyyətlə 24 manat tapıb məktəbə verməlidirlər ki, kimlərinsə “planı” dolsun?
Buradan Sənan Mənsimliyə bir sual ünvanlamaq istəyirəm: Siz təhsil idarəsinin müdirisiniz, yoxsa mədəniyyət tədbirlərinin təşkilatçısı, yaxud alverçisiniz? Təhsil rəhbərinin əsas işi olimpiadalar təşkil etmək, şagirdlərin bilik səviyyəsini artırmaq,məktəblərdə keyfiyyətə nəzarət etməkdir.
Təhsilin problemləri bu qədər çox olduğu halda, sirk bileti satışı ilə məşğul olmaq hansı məntiqə sığır?Kaş məktəblərə gedib şagirdlərin geyiminə, ayaqqabısına, sosial vəziyyətinə diqqət yetirəydiniz. Kaş uşaqların dərs səviyyəsi, kitab oxuma vərdişi, bilik durumu sizi daha çox düşündürəydi. Təəssüf ki, bu gün insanlar təhsil sahəsində inkişaf və yenilik deyil, daha çox formal tədbirlər, təzyiq və narazılıq görürlər.
Ayıb deyilmi? İnsanların bu qədər sosial sıxıntı içində yaşadığı bir vaxtda belə “şoular” təşkil etmək kimə və nəyə lazımdır?

Qarabağ Təhsilində Yeni “Plan”:
Qarabağ Təhsilində Yeni “Plan”:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...