Cəmil Məmmədlinin məhkəməsi başlayır - Ali Məhkəmə hansı qərarı verəcək?

Cəmil Məmmədlinin məhkəməsi başlayır -

Jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo xəbər verir ki, artıq məhkəmənin vaxtı məlum olub. Proses martın 4-də hakim Rəşad Abdulovun sədrliyi ilə start götürəcək.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə təqsirləndirilir. Ali Məhkəməyə kassasiya şikayətini jurnalist təqdim edib. Cəmil Məmmədli şikayətində 178.2.4-cü maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyir.

Cəmil Məmmədli 2023-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...