Azərbaycana soyuq hava kütləsi daxil olacaq

Azərbaycana soyuq hava kütləsi daxil olacaq
Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Gundeminfo.az xəbər verir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.

G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...