“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır
““Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır”.
Gundeminfo.az xəbər verir ki, bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca”nın redaksiyaları bağlanacaq.

***14:35
Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Caliber.az-ın redaksiyasına etibarlı mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək.
“Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud fərqin aradan qaldırılması üçün müvafiq olaraq “Rossiya Seqodnya”nın müxbirləri Rusiyada “Azərtac”ın müxbirləri nə qədər işləyirlərsə, o qədər də ölkəmizdə çalışacaqlar. Hazırda söhbət bir ştat vahidindən gedir.
Qeyd edək ki, “Rossiya Seqodnya”nın Bakı filialının işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün ləğvi gözlənilir. “Rossiya Seqodnya” Azərbaycanda fəaliyyətini AR qanunvericiliyinə və Rusiya Federasiyası və MR hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək bir müxbiri ilə davam etdirəcək”, - nəşr özünün Teleqram kanalında yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
83 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...