Rəşad Əliyev: “Bu qərar vəkillik institutunu daha da gücləndirəcək”
"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı qərar təqdirəlayiqdir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, bu, vətəndaşlara daha yüksək keyfiyyətli yardım göstərilməsi ilə nəticələnəcək:
"Əlbəttə, insanlara hüquqi yardıma görə vəkillər üçün müəyyən olunmuş ödənişin məbləğinin 6 manatdan 11 manata artırılması ilə bağlı qərar təqdirəlayiqdir. Xüsusilə də "Konstitusiya və Suverenlik” ilində verilmiş bu qərar vətəndaşların kontitusion hüququ olan keyfiyyətli hüquqi yardımı almasını yüksək səviyyədə təmin edəcəkdir”.
R.Əliyev vurğulayıb ki, bu qərar eyni zamanda vəkillik institutunun daha da güclənməsinə rəvac verəcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədov "Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qəraradəyişiklik edib.Dəyişikliyə əsasən, hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq hər iş saatı üçün 6 manatdan 11 manata artırılıb.
Xatırladaq ki, sonuncu dəfə bu məbləğin miqdarı 2018-ci ildə 2 manatdan 6 manata artırılmışdı.
34 dəfə oxundu