Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü -

Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü -
Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumata görə, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.

Qeyd edək ki, iki gün əvvəl Gununsesi.info “Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır – FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR” başlıqlı material dərc edib.

Rusiyadakı mənbələrə istinadən verdiyimiz xəbərdə deyilir ki, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.

Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.

Adıçəkilən bazarda çalışan şəxslərin saytımıza verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.

İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.

İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının Leonid Slutski ilə görüşüb.

Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...