“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

Təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq.
“Bakcell” davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib.
Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
44 dəfə oxundu