Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər

Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər

Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin tələbə və müəllim heyətindən ibarət nümayəndə heyəti Bakıya səfərləri çərçivəsində "Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər. Onlar müəssisənin fəaliyyət istiqamətləri, istehsal həcmi, məhsul çeşidləri, beynəlxalq əməkdaşlıq layihələri, keyfiyyətə nəzarət mexanizmləri və beynəlxalq sertifikatlaşdırma prosesi ilə tanış olublar. İştirakçılar istehsal sexlərində gedən prosesləri izləyərək şokoladın hazırlanma mərhələlərini yaxından görmək imkanı qazanıblar.

Bu səfər Mərkəzi Asiya Universitetinin təşkilatçılığı ilə Daşkənddə keçirilmiş "Biznes Keys” müsabiqəsinin 2025-ci il qalib komandaları üçün həyata keçirilən təcrübə mübadiləsi proqramı çərçivəsində baş tutub. Proqram müddətində nümayəndə heyəti Azərbaycan dövlət və özəl sektorunun, eləcə də ali təhsil müəssisələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirib, paytaxtın tarixi və mədəniyyət abidələri ilə tanış olub.

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova Şirkətlər Qrupunun tarixi, missiyası, vizionu, əsas dəyərləri, 30 illik fəaliyyət ərzində əldə etdiyi nailiyyətlər və gələcək hədəfləri barədə təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.

Daha sonra "Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev və ixracat mütəxəssisi Seymur Əsədli çıxış edərək fabrikin regional əməkdaşlıq imkanları, keyfiyyətə nəzarət və beynəlxalq sertifikatlaşdırma istiqamətindəki nailiyyətlərini qonaqlarla bölüşüblər.

İstehsalat təcrübəsinin sonunda xatirə fotosu çəkilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...