Məmməd İsmayıl reanimasiyaya yerləşdirilib

Məmməd İsmayıl reanimasiyaya yerləşdirilib
Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə şairin qızı məlumat verib.

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb./APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...