AYB-nin məhkəmə iddiası təmin olundu: Şair təzminat ödəməli, yazı silinməldir
Bu barədə Teleqraf-a "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmiş AYB üzvü İlham Qəhrəman bildirib.
Şairin sözlərinə görə, məhkəmə 500 manat məbləğində təzminat ödənilməsi, təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar verib.
İlham Qəhrəman qərardan narazı olduğunu və Apellyasiya Məhkəməsinə şikayət verəcəyini vurğulayıb: "Mən 500 manat təzminatı ödəyəcəm, ancaq təkzib vermək və üzr istəmək mümkün deyil".
Qeyd edək ki, fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
2 dəfə oxundu












