Britaniyada sığınacaq müraciətlərinin sayı üzrə antirekord qeydə alınıb

Britaniyada sığınacaq müraciətlərinin sayı üzrə antirekord qeydə alınıb2024-cü ildə Böyük Britaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 108 mini keçib, bu da ölkə üçün tarixi antirekord hesab olunur.

APA xəbər verir ki, bu barədə The Times qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadla məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə müraciətlərin sayı əvvəlki illə müqayisədə 28% artıb. 2023-cü ildə bu göstərici 84 min idi. Belə yüksək rəqəm 1979-cu ildən bəri ilk dəfədir qeydə alınır. Əvvəlki rekord 2002-ci ildə 103 min müraciətlə olmuşdu.

OECD-nin məlumatına əsasən, ötən il 44 min miqrant Böyük Britaniya ərazisinə qanunsuz daxil olmağa cəhd edib. Onların əksəriyyəti qaçaqmalçılar vasitəsilə Lamanş boğazını şişmə qayıqlarla keçməyə çalışıblar. 2023-cü ildə belə halların sayı 38 min idi.

Hesabatda bildirilir ki, 10 mindən çox qanunsuz miqrant Pakistandan gəlib. Növbəti yerlərdə Əfqanıstan və İran qərarlaşıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...