Azərbaycanda bəzi qəzetlər bahalaşdı

Azərbaycanda bəzi qəzetlər bahalaşdı
Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, qiymət artımları yanvarın 5-dən başlayaraq tətbiq edilir.

Belə ki, hazırda "525-ci qəzet" 40 qəpik artırılaraq 1 manata, "Bakı Xəbər" 40 qəpik artırılaraq 60 qəpiyə, "Novoye Vremya" 10 qəpik artırılaraq 70 qəpiyə, "Səs" 60 qəpik artırılaraq 1 manata satılır.

60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) 2025-ci il noyabrın 13-də çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib. Bildirilib ki, Agentlik tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat məbləğində vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə, həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.

Həmçinin qeyd edək ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...