Sabirabadda toy məclisində qalmaqal: Kabablar mətbəxdə gizlədilib — VİDEO

 Sabirabadda toy məclisində qalmaqal:  Sabirabad rayonunda yerləşən "Səma" şadlıq evində keçirilən toy mərasimindən sonra mübahisə yaşanıb.

Gundeminfo.az BAKU.WS-ə istinadən xəbər verir ki, qalmaqala səbəb şadlıq evində bəzi yeməklərin qonaqlara təqdim edilməməsi və mətbəxdə saxlanılması olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bildirilir ki, toy məclisində stollara verilməli olan kabablar, plov və qarası, müxtəlif salatlar və digər təamlar qonaqlara təqdim olunmayıb. İddialara əsasən, həmin yeməklər mətbəxdə saxlanılıb.

Bu vəziyyət toy sahibinin etirazına səbəb olub. Görüntülərdə onun mətbəxə daxil olaraq təqdim olunmadığı deyilən yeməkləri bir-bir göstərdiyi əks olunub. Kadrlar qısa zamanda sosial şəbəkələrdə müzakirələrə yol açıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...