Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?
Bu sözləri Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli bildirib.
Ekspertin sözlərinə görə, efir bu cür uyğunsuz verilişlərdən təmizlənir:
“Yeni verilişlərin necə olması isə televiziyaların yayım siyasəti ilə bağlı məsələdir. Təbii ki, hazırda xəbərlərə önəm verilir və xəbər sistemi bizdə ən inkişaf etmiş sahələrdən biridir. Ancaq sonrasında bilgili-əyləncəli üslubda maarifçi, intellektual verilişlər lazımdır ki, əyləncə ilə maaarifləndirməni qatmaq mümkün olsun. Məncə, “Əlaçı” tipli verilişlər də mütləq olmalıdır.
Digər tərəfdən, bizə bu dəqiqə keyfiyyətli şou proqramları lazımdır. Keyfiyyətli şoular olmasa, televiziyanı idarə edə bilməyəcəyik. İstiqamət bu formada getməlidir”.
3 dəfə oxundu













