Bakıda polisə çağırılan jurnalist sərbəst buraxılıb

Bakıda polisə çağırılan jurnalist sərbəst buraxılıbGürcüstandan Azərbaycan deportasiya olunan Əfqan Sadıqov polis bölməsinə çağırılıb.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Lakin bir müddət sonra Əfqan Sadıqov sərbəst buraxılıb.

Qeyd edək ki, Əfqan Sadıqov bir müddətdir Gürcüstanda yaşayırdı.

Avropa İnsan Haqları məhkəməsi onun deportasiya olunmasını qadağan edən qərar versə də, Gürcüstan hökuməti onu Azərbaycana deportasiya edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...