Azərbaycan qızıl ixracını artırıb, idxal isə tamamilə dayanıb

Azərbaycan qızıl ixracını artırıb, idxal isə tamamilə dayanıbBu ilin ilk 2 ayında Azərbaycandan İsveçrəyə 918,68 kiloqram emal olunmamış formada qızıl ixrac olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan qızılın ümumi gömrük dəyəri 60 milyon 671,1 min dollar (1 qramı 66 dollar) olub.
Qeyd edək ki, ötən illə müqayisədə İsveçrəyə ixrac olunan qızılın miqdarı 22,8% və ya 170,39 kiloqram çox olub. İxrac olunan qızılın bir qramının orta gömrük dəyəri də 22,9% və ya 12,3 dollar artıb.
Məlumat üçün onu da bildirək ki, qızıl ixracından fərqli olaraq bu ilin ilk 2 ayında Azərbaycanın xaricdən idxal etdiyi qızıl tamamilə dayanıb. Belə ki, ötən ilin ilk 2 ayında Azərbaycan 16 ölkədən ümumi dəyəri 1,4 milyard dollar olan 15 min 868,46 kiloqram qızıl idxal edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...