Azərbaycanda nikahların sayı kəskin azalıb

Azərbaycanda nikahların sayı kəskin azalıbBu ilin ilk dörd ayı ərzində Azərbaycanda 11 min 422 nikaha daxilolma qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 22,7% azalıb.
Belə ki, 2025-ci ilin ilk dörd ayında ölkədə 14 min 953 nikah qeydə alınıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə düşüb.
Onu da bildirək ki, əvvəlki illərdə Azərbaycanda bu səviyyədə nikah olmayıb. Ən aşağı göstərici ikinci Dünya Müharibəsinin davam etdiyi 1942-ci ildə və koronavirus pandemiyasının yayıldığı 2020-ci ildə qeydə alınıb. Belə ki, 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların say 3,6, 2020-ci ildə isə 3,5 olub.
Məlumat üçün bildirək ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə Azərbaycan Avropa ölkələri arasında son sıralarda yer alır.
Avropa Statistika Bürosunun (Eurostat) açıqladığı sonuncu məlumata görə, Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 3,9 olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...