"Enjoy Club"dan vəzifəli şəxslər qovulub - SƏBƏB

"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -
Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (Tarqovı) yerləşən "Enjoy Club”dan vəzifəli şəxslər qovulub.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları "Enjoy” gecə klubunda yanğın təhlükəsizliyi ilə bağlı planlı yoxlama keçirilib. Yoxlama zamanı klubun sahibi D.C. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının binaya daxil olmasına maneə törədib.

"Enjoy” klubunda planlı yoxlama zamanı sahibkar tərəfindən müvafiq sənədlər təqdim edilməyib, yaranan suallara yanlış cavablar verilib, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb. Bu səbəbdən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə "Enjoy Club”un sahibi 1000 manat məbləğində cərimə olunub. Həmçinin klubda planlı (növbəti) yoxlama keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.(xalq.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
142 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...