58 yaşlı tənha qadın işdən qanunsuz olaraq çıxarılıb
Lənkəran rayon sakini Hüseynova Səriyyə Rəhman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işlə təmin olunmaq üçün dəfələrlə Lənkəran Rayon İcra hakimiyyətinə müraciət etsə də, ona heç bir köməklik edilmir:
“Mən sizin sayt vasitəsilə bu şikayətimi yüksək qurumlara çatdırmaq istəyirəm.
Bildirim ki, 2010-cu ildə həyat yoldaşım rəhmətə gedib. 2 qız övladım var, onlar da ailəlidirlər.
Qızımın birinin yoldaşı müharibə iştirakçısı olub, ayaqları yoxdur. Digərinin də maddi imkanı zəifdir, bu səbəbdən də mənə baxa bilmirlər. Əllərindən gələni edirlər, amma onların da öz uşaqları var.
Hazırda tək yaşayıram. 3 il idi süpürgəçi işləyirdim. 5 aydır işimə son veriblər. Kreditlərim var, ödəyə bilmirəm. Tənha yaşayan bir qadın kimi İcra Hakimiyyətinə müraciət etsəm də, məni tənqid edirlər, köməklik göstərmirlər. Onlardan çox pul istəmirəm, hər ay 100 manat dəstək olsalar, mənim üçün yetərlidir.
Həm şəkər, həm də təzyiq xəstəsiyəm. "Kənd soveti"nin sədri Hüseynov İdris məni qərəzli şəkildə işdən çıxarıb. 58 yaşım var, xəstəxanaya getmək üçün icazə aldığım təqdirdə məni işdən azad ediblər. Səbəb isə hər kəsə bəllidir...
Bu yaşda pensiya, iş vermirlər. Bəs mən nə ilə dərman alım, nə yeyim ki, acından ölməyim? Evi ordan-burdan yığdığım odunla zorla qızdırıram. Məni bu yaşımda işsiz qoyanlar heçmi cəzalandırmayacaqlar?
Onu da qeyd edim ki, yoldaşımın sağlığında VÖEN açdırdıq, dövlətdən yardım aldıq. Daha sonra yoldaşım rəhmətə getdi, yardım kəsildi. İndi mənə bəhanə gətirərək deyirlər ki, sənin VÖEN-in açıq qalıb, bu səbəbdən nazirlik səni işdən çıxarıb. Yuxarda oturan səlahiyyətli qurumlar bir qadının aldığı 340 manat maaşa göz qoyublar? Hazırda tək-tənhayam, evim də soyuq, soyuducusu boş evimdə otururam".
170 dəfə oxundu